“İnter” kimi bir komanda Avroliqa üçün oynamamalıdı”
19.04.2016 - 02:00
“İnter” kimi bir komanda Avroliqa üçün oynamamalıdı”

"İnter"in sabiq futbolçusu Luiş Fiqu komandanın cari mövsümkü hədəfləri barədə danışıb. Apasport.az saytının məlumatına görə, sabiq yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında "İnter"in Avropa Liqasına yox, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmalı olduğunu deyib:

 

"Məncə, "İnter" kimi mövsümlərarası fasilədə transferlərə 100 milyon avro xərcləmiş komandanın əsas hədəfi Avropa Liqasına qatılmaq olmamalıdı".

 

Qeyd edək ki, hazırda hesabında 61 xal olan "İnter" 4-cü pillədə qərarlaşıb. "Neradzurra" Çempionlar Liqasına vəsiqə verən 3-cü pillədəki "Roma"dan 4 xal geri qalır.

0