“İnter”in Macarıstanın “Haladaş” klubu ilə keçirəcəyi yoxlama oyununun məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bugündən Avstriyada hazırlıqlara start verən “bankirlər” bu görüşü adıçəkilən ölkədə keçirməyəcək.
Komanda bunun üçün Macarıstana gedəcək. Belə ki, Kaxaber Sxadadzenin yetirmələri Avstriya ilə sərhəddə yerləşən Macarıstanın Bük qəsəbəsinə yola düşəcək. İyunun 23-ü Bakı vaxtı ilə saat 21:00-da isə “İnter” “Haladaş”la görüşəcək.
Qeyd edək ki, “İnter”in artıq belə bir təcrübəsi var. Komanda Avstriyada hazırlıq keçsə də, “Maribor”la oyun üçün qonşu Sloveniyaya yollanmışdı.
“İnter” Macarıstana gedir
14.06.2014 - 11:51
0
0