“İnter” mərhələ adlayan ilk komandamız ola bilər
28.06.2014 - 09:20
“İnter” mərhələ adlayan ilk komandamız ola bilər

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə mərhələ adlayan ilk təmsilçimiz “İnter” ola bilər.

Belə ki, bakılılar iyulun 10-da keçiriləcək cavab oyununa “Qəbələr” ilə müqayisədə daha tez çıxacaq. “İnter”in Moldova klubu “Tiraspol”la “Şəfa” stadionundakı görüşü saat 21:00-da başlayacaq. 

Bosniya və Herseqovinada “Şiroki Briyeq”in qonağı olacaq “Qəbələ” isə digər təmsilçimizin oyununun nəticəsini bildikdən sonra meydana çıxacaq. Belə ki, Şiroki Briyeqin “Petsara” stadionundakı matç Bakı avxtı ilə 23:30-sa start götürəcək.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək ilk oyunlarda “Qəbələ” daha tez meydana çıxacaq. Əyalət klubu 20:00, “İnter” isə 22:00-da rəqibini sınağa çəkəcək.