PSJ-nin daha bir futbolçusu Milana köçə bilər. Apasport.az saytı xəbər verir ki, Ceremi Menezdən sonra Ezekyel Lavezzi də karyerasını bu şəhərin komandasında davam etdirməyə çox yaxındı.
Ancaq Menezdən fərqli olaraq, Lavezzi “Milan”a yox, “İnter”ə keçməyə hazırlaşır. A seriyasına qayıtmağa can atan argentinalı hücumçu menecerini danışıq aparmaq üçün artıq İtaliyaya göndərib. Görüş müsbət nəticələnsə, Lavezzi gələn mövsümdən “İnter”in formasını geyinəcək.
Qeyd edək ki, Ezekyel Lavezzi 2012-ci ildən PSJ-də çıxış edir. 30 yaşlı futbolçu Parisə 5 il “Napoli”nin formasını geyindikdən sonra köçmüşdü.