“İnter” sabah yoxlama oyunu keçirəcək
05.06.2014 - 15:55
“İnter” sabah yoxlama oyunu keçirəcək

Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” Türkiyə hazırlıqlarını davam etdirir. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” sabah qardaş ölkədə yeganə yoxlama oyununu keçirəcək.

 

Rəqib isə Türkiyənin IV dəstə klublarından biri olacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Qeyd edək ki, “İnter”in Türkiyə toplanışı daha çox fiziki hazırlığın bərpasına yönəlib. Kartəpədə keçirilən məşqlər iyunun 10-dək davam edəcək.