“İnter” Tiraspolda ilk məşqinə çıxdı
02.07.2014 - 08:48
“İnter” Tiraspolda ilk məşqinə çıxdı

“İnter” Moldovanın Tiraspol şəhərinə artıq çatıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” “Şerif” İdman Kompleksinin kiçik arenasında ilk məşqini keçirib.

Məşqə isinmə və qısa məsafələrə qaçışla başlayan futbolçular topla çalışdıqdan sonra taktiki tapşırıqları yerinə yetirib.

Qeyd edək ki, “İnter”in oyunöncəsi rəsmi məşqi bu gün Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.