İtaliyanın “İnter” futbol klubu “Çelsi”nin hücumçusu Fernando Torreslə maraqlanır. Apasport.az saytının məlumatına görə, bu barədə klubun baş direktoru Marko Fasone bildirib.
“Torres bizim maraqlandığımız oyunçulardan biridir” - deyə, Fasone məlumatı təsdiq edib: “Erik Toxir Fernandonu “Cuzeppe Meatsi” stadionunda görmək istəyir. Bizim hansı futbolçunu almaq üzərində çalışdığımızı tezliklə biləcəksiniz. Bizim hazırkı məqsədimiz Avropa Liqasına düşməkdir. “İnter” kimi klubun iki il dalbadal avrokuboklarda çıxış etməməsi problem olacaq”.
Qeyd edək ki, Torresin hazırkı qiymətinin 19 milyon avro olduğu bildirilir.