“İnter” transfer hədəflərini açıqladı
26.03.2014 - 06:42
“İnter” transfer hədəflərini açıqladı

 

İtaliyanın “İnter” futbol klubunun prezidenti Erik Toxir komandanın mövsümlər arasında transfer hədəflərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, klub prezidenti xeyli pul xərcləməyə hazırlaşdıqlarını vurğulayıb.

 

Toxir yeni hücumçu və yarımmüdafiəçi almaq istədiklərini bildirib: “Mən Torresin, Moratanın və Cekonun adlarını eşitmişəm. Ola bilər ki, onlardan hansısa bizim komandaya keçsin. Sanya da bizim xoşumuza gəlir. Amma onun gələcəyi ancaq onun özündən asılıdır. Eto O? Bizə çox də gənc olmayan, amma həm də qoca olmayan hücumçu lazımdır”.