“İnter”dən 3-cü transfer
29.01.2015 - 18:06
“İnter”dən 3-cü transfer

Bakının “İnter” klubu növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi mövsümün ikinci yarısının startı ərəfəsində Tural Hümbətovu sıralarına qatıb.

Onunla yarım illik müqavilə imzalanıb. 21 yaşlı müdafiəçinin son klubu mövsümün gedişində çıxışını dayandıran “Araz-Naxçıvan” olub.

Qeyd edək ki, "İnter" qış fasiləsində daha iki futbolçu - Əfran İsmayılov və Ruben Şakenlə müqavilə imzalamışdı.