“İnter”dən ayrılıb, Fransa klubuna keçdi
13.06.2014 - 14:19
“İnter”dən ayrılan fransız müdafiəçi Brüs Abdulaye özünə yeni klub tapıb. Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu Fransa Liqa-2 təmsilçisi “Orlean”la müqavilə imzalayıb.
Abdulaye növbəti 1 ildə fransız klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Brüs Abdulaye 2012-ci ildən Bakı “İnter”inin şərəfini qoruyub. O, paytaxt klubunun heyətində 60 oyun keçirib və rəqib qapılarına 2 dəfə yol tapıb.
Bu mövsümün sonunda onun “bankirlər”lə müqaviləsi bitib və Kaxaber Sxadadze ilə münasibətləri yaxşı olmayan futbolçu ilə müqavilənin müddəti uzadılmayıb.
0
0