“İnter”in 11 milyonluq təklifini qəbul etmədilər
04.06.2015 - 22:11
“İnter” Fransanın “Renn” klubunun müdafiəçisi Meşeranı transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, milanlılar 26 yaşlı mozambikli futboçu üçün 11 milyon avro təklif edib.
Ancaq fransızlar “İnter”in bu cazib təklifindən imtina ediblər.
Xatırladaq ki, Meşera bu mövsüm Fransa Liqa 1-də çıxdığı 35 oyunda 4 dəfə fərqlənib.
0
0