“İnter”in “Haladaş”la oyununun vaxtı bilindi
14.06.2014 - 10:33
“İnter”in “Haladaş”la oyununun vaxtı bilindi

Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” artıq Avstriyadadır. Apasport.az saytının məlumatına görə, dünən Bakı vaxtı ilə təxminən saat 16:00-da Mərkəzi Avropa ölkəsinə çatan “bankirlər” bu gün burda ilk məşqini keçəcək.

Komanda Avstriyanın Oberpullendorf dairəsinin Lutsmannsburq kəndində məskunlaşıb. “İnter” iyunun 27-dək davam edəcək toplanış zamanı “Termenhotel Kurts”da qalacaq.

Burda 5 yoxlama görüşü keçirəcək “İnter”in rəqiblərindən 2-nin adını yazmışdıq. Bunlar Avstriyanın “Şturm” və Macarıstanın “Haladaş” komandaları idi. Qrats təmsilçisi ilə iyunun 19-da görüşün baş tutacağı bilinsə də, Sombathey klubu ilə qarşılaşmanın vaxtı bilinmirdi. Artıq buna da aydınlıq gəlib. Bu qarşılaşma iyunun 23-də Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Qeyd edək ki, “İnter”in iyunun 16, 25 və 27-də keçirəcəyi yoxlama görüşlərindəki rəqiblərin adları hələ bilinmir.