“İnter”in futbolçusu “Real”da
18.08.2015 - 18:51
“Real” Milan “İnter”inin müdafiəçisi Mateo Kovaçiçlə anlaşıb. Apasport.az saytının məlumatına görə, xorvat futbolçu ilə 6 illik müqavilə imzalanıb.
Artıq bu barədə klubun rəsmi saytı xəbər yayıb.
İspan mətbuatı iddia edir ki, “kral klubu” müdafiəçi üçün 35 milyon avro ödəyəcək.
2013-cü ildə Zaqreb “Dinamo”sundan Milan klubuna keçən Kovaçiç “İnter”də keçirdiyi 44 oyunda 8 dəfə fərqlənib.
0
0