“İnter”in gürcü futbolçusu “Qarabağ”la oyunu buraxacaq
30.03.2015 - 15:24
“İnter”in gürcü futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Topaz Premyer Liqasının XXVII turunda “Qarabağ”ın qonağı olacaq “İnter” qarşılaşmanın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “bankirlər” mərkəzi oyuna ciddi itki ilə çıxacaq.

 

Paytaxt klubunun gürcüstanlı müdafiəçisi Aleksandr Amisulaşvili aprelin 2-də baş tutacaq görüşü buraxacaq. Buna səbəb təcrübəli futbolçunun Gürcüstan millisinin heyətində zədələnməsidi. Almaniya ilə seçmə mərhələ görüşündə əzələsi dartılan Amisulaşvilinin təxminən iki həftə yaşıl meydanlardan uzaq qalması gözlənilir.

 

Qeyd edək ki, Aleksandr Amisulaşvili Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Almaniya ilə keçirilən qarşılaşmanın 4-cü dəqiqəsində zədələnərək əvəzlənmişdi.