“Komandada problemlər qalmaqda davam edir. Valter Matsarri hələlik heç bir şeyi dəyişməyib”. Apasport.az xəbər verir ki, bu sözləri “İnter”in idman direktoru Pyero Ausilio deyib.
Yerli mətbuata müsahibə verən İtalyan klubunun rəsmisi problemlərdən danışıb.
Milan təmsilçisinin direktoru “İnter”in fiziki cəhətdən çətinliklər yaşadığını bildirib: “Hələ biz “Qarabağ”la oynayarkən fiziki çətinliklərimizin olduğu ortaya çıxdı. Azərbaycan klubu ilə oyunda favorit sayılsaq da, rəqib ilk dəqiqələrdən bizə təzyiq etdi və qapımız qarşısında təhlükəli vəziyyət yaratdı. Həmin görüşdə 2:0 hesabı ilə qalib gəlsək də, yaxşı futbol göstərə bilmədik. Sonra “Fiorentina” ilə oyunda biabırçı hesabla uduzduq. Nemanya Vidiç, Ernanes və Rodriqo Palasio kimi futbolçular özlərinə bənzəmirlər. İndi bir şey qalır ki, komandanın yaxşı doğru dəyişəcəyinə ümid edib gözləyək”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI