“İnter”in müdafiəçisi zirvədə
14.04.2014 - 15:46
“İnter”in müdafiəçisi zirvədə

Topaz Premyer Liqasının ən məhsuldar müdafiəçilərinin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, XXX turun qarşılaşmalarından sonra çempionatın müdafiəçi-bombardiri adı sahibini dəyişib.

 

“Neftçi” ilə qarşılaşmada dubla imza atan “İnter”in müdafiəçi Matiya Şpiçiç qollarının sayını 5-ə çatdırıb. Bununla, xorvatiyalı arxa xətt oyunçusu müdafiəçilər arasında 1-ci pilləyə yüksəlib.

 

Matiya mövsümün rekordçusu Karlos Kardosonu arxada qoyub. “Neftçi”nin müdafiəçisinin hesabında 4 qol var. Bu iki lideri izləyən digər 3 futbolçu isə hərəyə 3 dəfə fərqlənib.

 

Qeyd edək ki, 5 ən məhsuldar müdafiəçidən 4-ü legioner və yalnız Mahir Şükürov yerli oyunçudur.

 

1

Matiya Şpiçiç

5

2

Karlos Kardoso

4

3-5

Mahir Şükürov

3

 

Adrian Skarlatake

3

 

Yure Travner

3