“İnter”in oyununun vaxtı dəyişdirildi
30.04.2014 - 14:21
“İnter”in oyununun vaxtı dəyişdirildi

Topaz Premyer Liqasının XXXIII turunun oyunlarından birinin vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, “İnter” – “Sumqayıt” qarşılaşması əvvəlcədən nəzərdə tutulduğundan 1 saat tez başlayacaq.

 

Belə ki, mayın 2-də keçiriləcək görüşün start fiti 17:00-da veriləcək. Dəyişikliyə qədər “Şəfa” stadionunda baş tutacaq qarşılaşmanın 18:00-da başlayacağı nəzərdə tutulmuşdu.

 

 

Mənbə: pfl.az