“İnter”in rəqibi 1 xal qazandı
14.07.2014 - 08:18
“İnter”in rəqibi 1 xal qazandı

İsveç çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan “Elfsborq” “Brommapoykarna” ilə görüşüb.

 

Qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. Bütün qolların 2-ci hissədə vurulduğu matçda “Elfsborq” əzmkarlıq nümayiş etdirib. Onlar hesabda iki top geri düşsə də, son 10 dəqiqədəki toplarla  1 xal əldə edib. Sebastyan Holmen 80, Markus Rohden 89-cu dəqiqədə fərqlənib.

 

Qeyd edək ki, 14 turdan sonra 25 xalı olan “Elfsborq” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.