“İnter”in rəqibi dəyişdi
24.06.2014 - 16:56
“İnter”in rəqibi dəyişdi

Avstriyada hazırlıqlarını davam etdirən “İnter”in sabah keçirəcəyi yoxlama oyunundakı rəqibi dəyişib. Apasport.az saytının məlumatına görə, “bankirlər” Slovakiyanın “Dukla” klubu ilə yox, “Spartak” klubu ilə gücünü sınayacaq.

Ötən mövsüm Slovakiya çempionatının bürünc medallarına yiyələnən Trnava təmsilçisi “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə yaxşı tanışdır. Belə ki, bu komanda 5 il əvvəl Sxadadzenin “İnter”dəki debütünü korlayıb. “Spartak” 2009/10 mövsümünün Avroliqanın I təsnifat mərhələsində yeni baş məşqçi təyin olunmuş “Kaxa”nın komandasını 2:1 və 3:1 hesabları ilə məğlub edib.

Qeyd edək ki, “İnter” – “Spartak” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0