“İnter”in rəqibi rusiyalılarla bacarmadı
28.06.2014 - 10:04
“İnter”in rəqibi rusiyalılarla bacarmadı

Avropa Liqasının I təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq Moldova “Tiraspol”u növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Tiraspolun eyniadlı təmsilçisi öz meydanında Rusiya “Tom”u ilə görüşüb.

Moldovalılar bu qarşılaşmada 1:2 hesabı ilə uduzub. “Tiraspol”un qolunu Yevgeni Sidorenko vurub.

Qeyd edək ki, “Tiraspol” bundan öncə Rumıniyanın “Botoşan” (3:1) klubu, eləcə də “Veris” (4:1), “Şerif” (1:2) və “Daçiya” ilə (1:0) yoxlama oyunları keçirmişdi.