“İnter”in Türkiyədə yoxlama oyunu baş tutmadı
06.06.2014 - 13:13
Türkiyənin Kartəpə bölgəsində hazırlıqlarını davam etdirən “İnter” bu gün yoxlama oyunu keçirə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb hava şəraitinin pis olmasıdır.
Hazırda həmin bölgədə dumanlı hava hökm sürür. Bu üzdən belə şəraitdə görüş keçirmək mümkün olmayacaq.
Qeyd edək ki, “İnter” Bakı vaxtı ilə saat 16:00-da Türkiyənin aşağı dəstə klublarından biri ilə qarşılaşmalı idi.
0
0