“İnter”in yoxlama görüşlərinin vaxtı müəyyənləşdi
12.06.2014 - 11:30
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in Avstriyada keçirəcəyi yoxlama oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah Mərkəzi Avropa ölkəsinə gedəcək “bankirlər” orda 5 yoxlama görüşü keçəcək.
“İnter” ilk görüşünü iyunun 16-da keçirəcək. Növbəti oyunlar isə iyunun 19, 23, 25 və 27-də baş tutacaq.
Qeyd edək ki, “İnter”in artıq Avstriyadakı 2 rəqibinin adı bilinir. Bunlar yerli “Şturm” və Macarıstanın “Haladaş” klublarıdır.
0
0