“İnter”li qardaşın digəri də Zaqatalaya getməyəcək
01.04.2014 - 17:29
“İnter”li qardaşın digəri də Zaqatalaya getməyəcək

“İnter” Topaz Premyer Liqasının növbəti turunda “Simurq”la görüşəcək. Apasport.az saytının məlumatına görə, “bankirlər” Zaqatala səfərində paraqvaylı Mesa qardaşlarından Davidin də xidmətindən məhrum olub.

Belə ki, David ötən tur “İnter” - “Rəvan” görüşündə (3:0) yeganə sarı vərəqə alan oyunçu olub. Bu isə onun vərəqə limitini doldurmasına səbəb olub. Həmin görüş başa çatdıqdan sonra konqolu müdafiəçi Brüs Abdulay da baş hakim Elvin Əsgərov tərəfindən vərəqə almaq istəmiş və bununla da “Neftçi” ilə görüşə “ağ vərəq” kimi çıxmaq niyyətində olmuşdu. Ancaq referi afrikalı müdafiəçinin bu təxribatına uymamışdı.

Qeyd edək ki, David Mesanın kiçik qardaşı olan Sesar isə ciddi zədə aldığından, mövsümü erkən başa vurub. “Alaves”in sabiq oyunçusu Almaniyada əməliyyat olunacaq.