“Qəbələ” ilə oyuna hazırlığımız yüksək səviyyədə keçir. Hamımız növbəti oyuna köklənmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Kaue Sesilyo deyib.
Braziliyalı legioner klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının VI turunun “Qəbələ” ilə qarşılaşması haqda fikirlərini açıqlayıb: “Rəqibə hörmətlə yanaşırıq. Bilirik ki, çempionatın iddialı komandalarından biridir. “Qəbələ” öz dəsti xətti və oyun üslubu olan komandadır. Xüsusən də doğma meydanda yaxşı təsir bağışlayır. Hazırda 4-cü pillədə qərarlaşması da çox şeydən xəbər verir. Fikrimcə, çox gərgin və maraqlı qarşılaşma olacaq. Çalışacağıq ki, öz oyunumuzu göstərək və istədiyimiz nəticəni qazanaq”.