Sloveniyada hazırlıq keçəcək “Simurq” Ukraynanın “Karpatı” klubu ilə qarşılaşa bilər. Apasport.az-ın məlumatına görə, bu haqda Lvov təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Belə ki, həmin görüşün “Karpatı”nın Sloveniyada keçirəcəyi 4 görüşdən 3-cüsü olacağı bildirilir. “Simurq”la ukraynalılar iyulun 13-də üz-üzə gəlməlidir.
Ancaq bu görüş həmin tarixdə baş tutmaya da bilər. “Simurq”un mətbuat xidmətindən öyrəndiyimiz məlumata əsasən deyə bilərik ki, iyunun 26-sı Sloveniyaya gedən komanda iyulun 13-ü səhər saatlarında həmin ölkəni tərk edəcək. Belədə bu qarşılaşmanın həmin gün keçirilməsi sual altına düşür.
Qeyd edək ki, “Karpatı” Ukrayna Premyer Liqasını XI pillədə başa vurub. Bu komandada atası azərbaycanlı olan “Dnepr”ə məxsus müdafiəçi Pavel Paşayev də çıxış edir.
“Karpatı” “Simurq”la qarşılaşacaq?
19.06.2014 - 12:42
0
0