“Kayserispor”un sabiq futbolçusu rəsmən “İnter”də!
14.06.2014 - 14:21
Avstriyada hazırlıq keçən “İnter” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” gürcüstanlı mərkəz müdafiəçisi Aleksandr Amisulaşvili ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 2010/11 mövsümündə “Kayserispor”un futbolçusu olmuş Aleksandr Amisulaşvili “İnter”in sayca 4-cü transferidir. Bundan əvvəl Elvin Məmmədov, Mirzağa Hüseynpur və Məhəmməd Mirzəbəyov heyətə cəlb olunmuşdu.
0
0