“Keçidimdə klubun hədəfləri əsas rol oynadı”
17.07.2014 - 08:04
“Keçidimdə klubun hədəfləri əsas rol oynadı”

"Qəbələ"yə keçidimə görə sevincliyəm. Daha öncə yeni komandam haqda ətraflı məlumat toplamışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni transferi Markintos deyib.

 

Braziliyalı yarımmüdafiəçi "Qəbələ"yə keçidinin rəsmiləşməsinin ardından ilkin təəssüratlarını klubun rəsmi saytına açıqlayıb: “Komandaya keçidimdə baş məşqçi amili və klubun hədəfləri əsas rol oynadı. Azərbaycan Premyer Liqasının nə dərəcədə çətin çempionat olduğundan xəbərdaram. Özümə, bacarığıma güvənirəm. İnanıram ki, komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm".