“Kəpəz” AZAL-a uduzdu
14.11.2015 - 22:25
“Kəpəz” AZAL-a uduzdu

Milli komandaların oyunları ilə əlaqədar olaraq çempionatda yaranmış fasilədən istifadə edən klublar hazırlıqlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, “Kəpəz” AZAL-la yoldaşlıq oyunu keçirib.

 

Bir neçə futbolçusu milli komandaların düşərgəsində, üç futbolçusu isə zədəli olan gəncəlilər qarşılaşmadan 0:1 hesablı məğlubiyyətlə ayırılıblar.

 

Qeyd edək ki, bu iki komanda bir həftə əvvəl Premyer Liqa çərçivəsində üz-üzə gəlmişdilər və tərəflərin hərəyə bir dəfə fərqləndiyi o matçda qalib müəyyənləşməmişdi.