“Kəpəz” hazırlıq oyunununda bərabərə qaldı
10.10.2015 - 18:03
“Kəpəz” hazırlıq oyunununda bərabərə qaldı

AVRO-2016-nın seçmə mərhələ oyunlarına görə Premyer Liqamızda yaranmış fasilədən istifadə edən klbublarımız hazırlıqlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, “Kəpəz” hazırlıq qarşılaşmasında “İnter”in qonağı olub.

 

“İnter Arena”da baş tutuan qarşılaşma sülhlə bitib. Tərəflər hərəyə bir qol vurub. Meydan sahiblərindən Yuri Fomenko, gəncəlilərdən isə Aleksandr Sitnik fərqlənib.