Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Kəpəz” klubu seleksiya xarakterli toplanış keçirəcək. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisinin bu toplanışı iki mərhələli olacaq.
Belə ki, seleksiya xarakterli toplanış öncə iyunun 20-dən 28-ə kimi Gəncə şəhərində baş tutacaq. Burada yerli uşaqlar arasında istedadlıları seçilib, komandaya cəlb ediləcək. 1-10 iyul aralığında isə “Kəpəz” Bakıda ümumi toplanış keçirəcək.
Qeyd edək ki, komandanın sabiq baş məşqçisi Vidadi Rzayevin klubdakı fəaliyyətini davam etdirəcəyi də dəqiqləşib. O, Gəncə təmsilçisinin idman direktoru funksiyasını yerinə yetirəcək.