Türkiyədə hazırlığını davam etdirən “Kəpəz” ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi Gürcüstanın yüksək liqasında mübarizə aparan “Şukura” komandası ilə qarşılaşıb.
Ağdam rayonunun ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı futbolçularımız gürcülərlə matça qolunda qara sarğı ilə çıxıb. Türkiyəli hakimlər briqadasının idarə etdiyi oyundan öncə isə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan həmyerlilərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Görüşə gəlincə, qarşılaşma komandamız üçün yaxşı başlayıb. Artıq 10-cu dəqiqədə Şəhriyar Əliyev künc zərbəsinin davamında dəqiq oynayaraq hesabı açıb.
İkinci hissədə məşqçilər korpusu meydanda gənclərə üstünlük verib. Rəqib isə son dəqiqələrdə hesabı bərabərləşdirib – 1:1.
Qeyd edək ki, “Kəpəz” ilk yoldaşlıq matçında “1461 Trabzon” (Türkiyə) klubu ilə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq