[b]“Kəpəz”in Türkiyədəki yoxlama oyunlarının vaxtı bəlli oldu[/b]
19.07.2015 - 14:25
Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək Gəncənin “Kəpəz” klubu hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Şahin Diniyevin yetirmələri hazırlıq prosesinin ikinci mərhələsi üçün Türkiyənin Ərzrum şəhərində təlim-məşq toplanışına yığışıb.
Komanda səhər və axşam olmaqla gündə iki dəfə məşqə çıxır.
Toplanışda əsasən taktiki və texniki hazırlığa üstünlük verilir.
Gəncəlilərin qardaş ölkədə olduğu müddətdə 3 yoxlama oyunu da keçirəcəyi bildirilir.
Artıq oyunların tarixləri məlum olub. “Sarı-göylər” iyulun 21-i, 23-ü və 25-də hazırlıq oyunlarına çıxacaq.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0