“Keyfiyyətli oyun göstərmək lazımdır”
12.04.2014 - 17:07
“Keyfiyyətli oyun göstərmək lazımdır”
“Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Xüsusən də ilk hissədəki epizodlarda qol vurmalı idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis Topaz Premyer Liqasının XXX turunun AZAL—la oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “Oyun heç-heçə başa çatdı. Komanda əlindən gələn qədər nəticə göstərməyə çalışır, yaxşı məşq edir. Təəssüf ki, bunun nəticəsini görmürük. Ebesilio və Niassenin olmaması oyunumuza təsir edir, hər ikisi yaradıcı futbolçudur. Bugünkü oyuna da yaxşı köklənmişdik. Keyfiyyətli oyun göstərmək lazımdır, ustalıq səviyyəsi olmalıdır ki, Kamanan və Subotiç yaradılan qol imkanlarından istifadə etsinlər. Komanda kubok oyunlarında uğur qazanıb özünəinamı bərpa etməlidir”.

Mənbə: pfl.az