“Koper” - “Neftçi” oyunu canlı yayımlanacaq
24.07.2014 - 10:37
“Koper” - “Neftçi” oyunu canlı yayımlanacaq

Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Sloveniyada keçiriləcək "Koper" - "Neftçi" matçı canlı yayımlanacaq. Apasport.az xəbər verir ki, azarkeşlər qarşılaşmanı "İdman Azərbaycan" kanalı vasitəsi ilə izləyə biləcəklər.

 

Bu görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

 

Qeyd edək ki, “Neftçi” “Koper”ə ilk oyunda doğma meydanda 1:2 hesabı ilə uduzub.