“Koper”in kapitanı: Rəqib daha güclü komanda ola bilərdi
16.07.2014 - 18:48
“Koper”in kapitanı: Rəqib daha güclü komanda ola bilərdi

“Əlbəttə, güclü komandaya qarşı oynayacağımızı bilirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniya “Koper”inin kapitanı İvitsa Quberats deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin sabah keçiriləcək “Neftçi” – “Koper” oyunu ərəfəsində baş tutan mətbuat konfransına qatılan sloveniyalı qarşılaşma haqda fikirlərini açıqlayıb: “Hava isti olacaq. Amma buna baxmayaraq, görüşdə əlimizdən gələni edəcəyik...Əvvəla, öz oyunumuz haqda düşünürük. Əlbəttə ki, rəqib daha da güclü komanda ola bilərdi. Azərbaycan çempionatında çıxış edən sloveniyalı futbolçulardan “Neftçi” haqqında soruşmamışıq. Bizi yalnız Bakıdakı hava şəraiti narahat edir”.