“Biz “Neftçi”nin Drezden “Dinamo”su ilə oyununu izlədik. Bakılılar həmin matçda qələbə qazandılar”. Apasport.az xəbər verir ki, bu sözləri “Koper” klubunun məşqçisi Alen Şçulats deyib.
Sabah Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə üz-üzə gələcək sloveniyalıların məşqçisi rəqibin heyətindəki legionerlərin çoxluğundan danışıb: “Rəqib çox yaxşı komandadı. Heyətlərində çoxlu legioner var. Braziliyalıları xüsusi qeyd etmək istəyərəm. Çünki onların necə oynadığını gördüm. Qapıçı Saşa Stamenekoviçi xüsusi qeyd etmək istərdim. O, “Srvena Zvezda” klubunda oynayıb. Onlara qarşı çox ciddi hazırlaşmalıyıq və rəqibimizi yaxşı təhlil etməliyik”.