“Koper”in yarımmüdafiəçisi: Bakıya qələbə dalınca gəlmişik
16.07.2014 - 15:01
“Bakıya qələbə dalınca gəlmişik. Bilirik ki, bizim üçün çətin olacaq. Amma lazım olan nəticəni qazanmalıyıq”. Apasport.az xəbər verir ki, bu sözləri sabah Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə üz-üzə gələcək Sloveniyanın “Koper” klubunun yarımmüdafiəçisi Leo Ştulats deyib.
Ölkəmizə iddialı gələn balkanlıların 19 yaşlı futbolçusu bildirib ki, Bakıda qol vurmağa çalışacaq: “Səfərdə qol vurmağa çalışacağam. “Neftçi” “Çelik”lə eyni gücdə komanda deyil. Ehtiyatımızı tutub sərfəli nəticə ilə geri dönməliyik”.
0
0