“Krasnodar” “Spartak”la bacarmadı
23.11.2015 - 09:00
“Krasnodar” “Spartak”la bacarmadı

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Krasnodar” Rusiya Premyer Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Oleq Kononovun yetirmələri XVI tur çərçivəsində Moskva “Spartak”ının qonağı olub.

 

Qonaq komanda 23-cü dəqiqədə Arinin qolu sayəsində hesabı açmasına baxmayaraq, elə ilk hissədəcə geri düşüb. Denis Qluşakov (27) və Kuinsi Promesin (29) qolları ilə önə keçən “Spartak”da 34-cü dəqiqədə Dmitri Kombarov penaltidən yararlana bilməyib. Buna baxmayaraq, fasilədən dərhal sonra Qluşakov (53) dublunu rəsmiləşdirib. “Krasnodar”ın gücü fərqi minimima endirməyə çatıb. 81-ci dəqiqədə Andreas Qranqvistin qolu qonaqlara kömək etməyib və “Spartak” meydançanı 3:2 hesablı qələbə ilə tərk edib.

 

Bu nəticədən sonra 24 xalda qalan “Krasnodar” 1 pillə geriləyərək 6-cı yerə düşüb. Onu isə turnir cədvəlində məhz “Spartak” (26 xal) qabaqlayıb.