“Latsio” Zeedorfa görə 40 min avro cərimə ödəyəcək
25.03.2014 - 05:39
İtaliya idman məhkəməsi “Latsio”ya 40 min avro cərimə kəsib. Apasport.az saytının məlumatına görə, klub azarkeşlərinin “Milan”ın qaradərili baş məşqçisi Klarens Zeedorfun ünvanına irqçi ifadələr işlətməsi və mahnı oxuması səbəbindən cərimə olunub.
Qeyd edək ki, “Latsio” bazar günü “Milan”ı öz meydanında qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Romalıların azarkeşləri matç zamanı “rossionerililərin” baş məşqçisi Zeedorfu irqi zəmində təhqir ediblər. Bundan əlavə, onlar “Latsio”nun prezidenti Klaudio Lotitonun ünvanına da söyüş yağdırıblar.
0
0