“Liverpul” yarımmüdafiəçisini satmır
31.03.2015 - 22:12
“Liverpul” yay “transfer pəncərəsi”də yarımmüdafiəçisi Rahim Sterlinqi satmaq niyyətində deyil. Apasport.az saytının məlumatına görə, “mersisaydlılar” hətta 20 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməsələr də, onu komandada saxlayacaqlar.
Sterlinqin qüvvədə olan müqaviləsi 2017-ci il ildə başa çatacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü cari mövsümdə 28 matçda meydana çıxıb və rəqib qapılarından 6 top keçirib.
0
0