“Liverpul” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “qırmızılar” “Aston Villa”nın hücumçusu Kristian Bentekeni heyətinə qatmağa hazırlaşır.
Klublar arasında danışıqlar, demək olar ki, yekunlaşıb. “Liverpul”un bu transfer üçün 47 milyon avroluq təklifini “Aston Villa” rəhbərliyi qəbul edib. 25 yaşlı forvardın bu gün yeni komandasında tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.
Qeyd edək ki, Belçika yığmasının üzvü 2012-2015-ci illər ərzində “Aston Villa”nın heyətində 100 oyun keçirib, 49 qola imza atıb.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ