“Lui van Qal fantastik məşqçidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Joze Mourinyo deyib.
Portuqaliyalı çalışdırıcı “Mançester Yunayted”in baş məşqçisi Lui van Qalın “qırmızı şeytanlar”dakı uğursuz çıxışından danışıb: Mən bunu yaxşı bilirəm. Deyə bilərəm ki, o fantastik insandı. Necə ki, futbolçuya yeni komandasında uyğunlaşmaq lazımdı. Ona da həmçinin. Van Qala komandanın qurması üçün vaxt gərəkdi. Bundan sonra titulları yenidən qazanmaq mümkün olacaq. “Mançester Yunayted” hələ İngiltərə Kubokunu qazana və mövsümü ilk “dördlük”də başa vura bilər”.
Qeyd edək ki, Lui van Qal “Mançester Yunayted”in “sükanı arxası”na mövsümün əvvəlində gəlib. Hazırda “qırmızı şeytanlar” İngiltər Premyer Liqasının turnir cədvəlində 47 xalla 4-cü pilləsə yer alır.