“Mәni nә zamansa qorxan görmüsüz?” - MÜSAHİBƏ
04.08.2014 - 13:52
“Mәni nә zamansa qorxan görmüsüz?” - MÜSAHİBƏ

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Bu gün vida mərasimi keçirilən futbol veteranı Ələkbər Məmmədovu necə xatırlayırsız?

- Әlәkbәr Mәmmәdov Azәrbaycan futbolunun dahilәrindәn idi. Onun çox rәngarәng karyerası var idi. Biz ondan çox şey öyrəndik. Onun ölümü ilə Azərbaycan futbolu çox şey itirdi. Allah ona qәni-qәni rәhmәt elәsin. Qəbri nurla dolsun


- 3 gündən sonra Avropa Liqasının “Çixura” ilə cavab oyununa çıxacaqsız. Gürcüstandakı oyun haqda nə düşünürsüz?
- “Çixura” ilә cavab oyununa hazırıq. Ayın 6-da sәfәrә yollanıb, 7-dә oyuna çıxacağıq. Onlara qarşı bütün planlarımızı düşünmüşük. Burda necә oynadıqlarımı gördünüz. Sәrfәli nәticә qazanmağa çalışacağıq

 

- Bu matça yeni taktika düşünmüsüzmü?

- Bәli. “Çixura”ya qarşı başqa taktika fikirlәşmişik. Yadınızda saxlayın: Mәn hәr oyuna başqa taktika ilә çıxıram. Sәfәr oyununda da belә olacaq. Necә “Koper”ә qarşı başqa taktika fikirləşdik və onlar bunu oxuya bilmәdilәrsə, indi dә elә olacaq.

 

- Hücum xətti və xüsusilədə Ernest Nforun oyunu sizi nə dərəcədə razı salır?

- Nforun çıxışı bizim üçün qәnaәtbәxş sayıla bilmәz. Düzdü, o, sәfәrdә “Koper”lә vә evdә “Çixura” ilә oyunlarda zәif çıxış etdi. Amma bizim komandada heç bir futbolçu әvәzolunmaz deyil. Nfor yoxdursa, Ruslan var. Hәr şeyi özünüz görәcәksiniz ki, necә oynayacağıq.

 

- Hücumdakı problemi necə həll edəcəksiz?

- Komandaya hücumçu lazımdır. Qrupa düşsək, Nikolas Kanalesi gәtirәcәm. Bakıdakı oyunda baş verәnlәrdәn sonra heç nәdәn qorxmuram. Mәni nә zamansa qorxan görmüsüz? Sәfәrdә analoji halların olacağına inanmıram. Olsa da, biz heç nәdәn qorxmuruq. Nә mәn, nә də komandam.

 

Elsəvər MƏMMƏDOV