“Mançester Siti” klubunun rəhbərliyi mövsümün sonunda baş məşqçi postunda dəyişiklik etmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” Karlo Ançelotti ilə rəsmən danışıqlara start veriblər.
Hazırda Madrid “Real”ını çalışdıran təcrübəli məşqçinin yayda postundan ayrılacağı istisna edilmir. Əgər “kral klubu” cari mövsümü titulsuz başa çatdırsa, Ançelotti komandadan göndəriləcək. İngilislər də məhz bundan istifadə etmək istəyirlər. Onların fikrincə, “Mançester Siti”ni ancaq Ançelotti Avropa klubuna çevirə bilər.
Qeyd edək ki, Ançelotti “Real”ın baş məşqçisi postunda ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, o, madridliləri İspaniya Kuboku, Avropa Superkuboku və Klublararası dünya çempionatının qalibi edib.