“Mançester Siti” oyunçusunu buraxmadı
01.06.2017 - 21:31
“Mançester Siti” oyunçusunu buraxmadı

Yaya Turenin “Mançester Siti”dəki taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahili millisinin sabiq üzvü “şəhərlilər”lə yeni müqavilə bağlayıb.

 

Bu barədə klubun saytı xəbər yayıb. Yeni müqaviləyə əsasən, 34 yaşlı yarımmüdafiəçi daha bir il “mavilər”in şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Ture 2010-cu ildən “Mançester Siti”nin şərəfini qoruyur. Bir müddətdi fil dişi sahilili futbolçunun yayda komandadan ayrılacağı deyilsə də, o, qalmağı üstün tutub.