“Mançester Siti” "transfer bombası"nı partladır
24.08.2015 - 12:15
“Mançester Siti” "transfer bombası"nı partladır

“Mançester Siti” yay transfer dönəminin ən bahalı keçidini reallaşdırmaq üzrədi. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “şəhərlilər” “Volfsburq”un yarımmüdafiəçisi Kevin de Bruyneni transfer etmək üzrədi.

 

İngilislər Belçika millisinin üzvü üçün nə az, nə çox, düz 70 milyon avro təklif edib və qarşı tərəf də bu keçidə razılığını verib. Artıq sabah bu transferin rəsmən açıqlanması gözlənilir. Keçid baş tutarsa, 24 yaşlı oyunçunun yeni komandasında illik məvacibi 14,5 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, Kevin de Bruyne “Volfsburq”a ötən il “Çelsi”dən keçmişdi.