“Mançester Siti”də Aqueroya yeni təklif
24.07.2014 - 05:59
“Mançester Siti”də Aqueroya yeni təklif

 

İngiltərənin “Mançester Siti” klubu argentinalı futbolçusu Serxio Aqueroya yeni müqavilə təklif edib. Apasport.az saytının məlumatına görə, yeni müqavilə 2019-cu ilə qədər nəzərdə tutulub.

 

Aquero yeni müqavilə bağlasa da, əvvəlki kimi həftədə 200 min funt alacaq. Çünki UEFA-nın iqtisadi fair-play qaydaları futbolçuya bundan artıq pul ödəməyə icazə vermir. Əvəzində isə bonusların həcmi artacaq və Aquero bunun nəticəsində məvacibini qaldıra biləcək.

 

“Daily Mail”in yazdığına görə, yeni müqavilənin ümumi dəyəri 52 miylon funt (65 milyon avrodan çox) dəyərləndirilir.