“Mançester Siti”nin hücumçusu “Liverpul”a keçir
01.03.2015 - 14:23
“Mançester Siti”nin hücumçusu “Liverpul”a keçir

“Mançester Siti”nin hücumçusu Stefan Yovetiç karyerasını “Liverpul”da davam edə bilər. Apasport.az saytının məlumatına görə, “qırmızılar” 25 yaşlı futbolçuya təklif göndərmək niyyətindədi.

 

Yovetiçin “şəhərlilər”lə hazırkı müqaviləsi 2018-ci il illərə qədərdi. O da Liverpul təmsilçisinə keçməkdə maraqlıdı. Çünki Vilfrid Boninin “Mançester Siti”yə transferindən sonra Stefanın adı Çempionlar Liqasının iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, 2013-cü ildən Mançester klubunda forma geyinən Yovetiç cari mövsümdə 24 matçda meydana çıxıb və rəqib qapılarından 5 top keçirib.