“Mançester Siti”nin müdafiəçiləri üçün yubiley
01.03.2015 - 16:33
“Mançester Siti”nin müdafiəçiləri üçün yubiley

İngiltərə Premyer Liqasının XXVII turu çərçivəsində səfərdə “Liverpul”la qarşılaşan “Mançester Siti”nin 2 futbolçusu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in müdafiəçiləri Vensan Kompani və Aleksandar Kolarov yubiley matçına çıxıblar.

 

Hazırda davam edən oyunda Kolarov 100-cü, Kompani isə Premyer Liqada 200-cü görüşünü keçirir. Hər iki futbolçu start heyətdən meydana daxil olub.

 

Qeyd edək ki, sözügedən qarşılaşmada hələ ki, azarkeşlər 2 qol izləyiblər – 1:1.