“Mançester Siti”nin yeni transferi “Barselona”ya qarşı forma geyinəcək
05.02.2015 - 23:05
“Mançester Siti” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az saytının məlumatına görə, ingilis klubu hücumçusu Stefan Yovetiç və yeni transferi Vilfrid Boninin adlarını iştirak ərizəsinə salıb.
Hər iki futbolçu qitə miqyaslı ən nüfuzlu klub turnirinin 1/8 final çərçivəsində “Barselona” ilə görüşdə meydana çıxması gözlənilir.
Qeyd edək ki, bu komandalar arasında keçiriləcək ilk oyun fevralın 24-də İngiltərədə baş tutacaq. Cavab qarşılaşması isə martın 18-də reallaşacaq.
0
0